"Real" sabiq futbolçusunu transfer etməyə yaxındır

26 Noyabr 2025 23:02 (UTC+04:00)

İspaniyanın "Real" (Madrid) klubu sabiq argentinalı futbolçusu Niko Pazı transfer etməyi düşünür.

Aznews.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Kral klubu" hazırda İtaliya təmsilçisi "Komo"da çıxış edən 21 yaşlı oyunçu ilə ilkin razılıq əldə edib. O, 2026-cı ilin yayında Madrid kollektivinin sıralarına geri dönəcək.

Qeyd edək ki, Niko Paz 2023/2024 mövsümündə "Real"ın şərəfini qoruyub. Hücumameyilli yarımmüdafiəçi 2024-cü ilin yayında La Liqa klubundan ayrılaraq "Komo"ya transfer olunub.