"Haqqımda yayımlanan bəzi fikirlərlə tanış olanda doğrusu çox təəccübləndim. Artıq 46 ildir ki, peşəkar fəaliyyətlə məşğulam. Bu illər ərzində müxtəlif təşkilat və qurumlarda çalışmış, ölkə daxilində və xaricdə - İndoneziyadan Kanadaya, Norveçdən Mərakeşə qədər- Azərbaycan mədəniyyətinin təbliği istiqamətində böyük zəhmət sərf etmişəm. Ölkəmizin 7 universitetində, 3 dildə müxtəlif fənlər üzrə dərs demişəm və bu işi bu gün də davam edirəm".
Bu barədə AzNews.az-a Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov açıqlama verib. Nazir müşaviri bildirib:
"Hər zaman millətimizin mədəni ləyaqətinin keşiyində durmuş, ölkə rəhbərliyinin müəyyən etdiyi mədəni inkişaf məqsədlərinə vicdanla xidmət etmişəm. Təəssüf ki, hazırda bəzi şəxslər Mədəniyyət Nazirliyi əleyhinə kampaniya aparır və görünür, məni də yada salıblar. Bunu bir daha təəccüblə qarşılayıram. Əminəm ki, bu kimi cəhdlər bizim işimizə mane ola bilməz. Biz yenə də öz iradəmizi, vaxtımızı və enerjimizi mədəniyyətimizin inkişafına yönəldəcəyik. Çünki mədəniyyətə xidmət edənlər həmişə səs-küyü ilə deyil, əməli ilə tanınır".
AzNews.az