Türkiyənin ticarət naziri Azərbaycana səfər edəcək

27 Noyabr 2025 12:12 (UTC+04:00)

Türkiyənin ticarət naziri Ömer Bolat Azərbaycana səfər edəcək.

Aznews.az xəbər verir ki, səfər dekabrın 16-da baş tutacaq.

Ö.Bolatın Azərbaycana səfəri çərçivəsində bir sıra görüşlər keçirməsi də nəzərdə tutulur.