Cənubi Dairə Hərbi Məhkəməsi 2022-ci ildə Krım körpüsündə törədilmiş terror aktı ilə bağlı 8 müttəhimi ömürlük həbs cəzasına məhkum edib.
Aznews.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məhkəmə müttəhimlər Artem Azatyan, Qeorqi Azatyan, Oleq Antipov, Aleksandr Bılin, Vladimir Zloba, Dmitri Tyjelıx, Roman Solomko və Artur Terçanyanı təqsirli bilib və onların ömürlük həbs cəzasına məhkum edilməsinə qərar verib.
12 fevral 2025-ci il tarixli ilk iclas zamanı hakim məhkəməyə daxil olan sənədlərin "rəsmi istifadə üçün" möhürünün olduğunu, işin qapalı rejimdə keçirildiyini bildirib. Vəkil Həsən Rəcəbov jurnalistlərə bildirib ki, səkkiz müttəhimin hamısı günahını etiraf etmir.
Məhkəmədə müəyyən edilib ki, “Ukrayna Təhlükəsizlik Xidməti sədrinin birinci müavini Vasili Malyuk və naməlum şəxslər 2022-ci ildə Krım körpüsündə terror aktı üçün təqsirləndirilən şəxslərin və digər şəxslərin daxil olduğu mütəşəkkil cinayətkar qrup yaradıblar. Malyuk və onun tərəfdaşları Ukraynada polietilen konstruksiya plyonka yükü kimi maskalanmış partlayıcı maddələrin istehsalını təşkil ediblər və cinayətkar qrup daha sonra onu Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində Gömrük İttifaqının gömrük sərhədindən Odessa limanından Bolqarıstan vasitəsilə Gürcüstana, oradan isə Ermənistan Respublikasına və planlarından xəbəri olmayan şəxsin idarə etdiyi yük maşını ilə Krım körpüsünə keçirib.
8 oktyabr 2022-ci ildə yük maşını körpüdən keçərkən partlayıcı qurğu işə salınıb. Partlayış nəticəsində sürücü və yük maşınının yanından keçən minik avtomobilində olan daha dörd nəfər ölüb.