Prezident 53 və 21 nömrəli məktəblərdə oldu

11 Sentyabr 2013 16:20 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 11-də Bakının Yasamal rayonundakı 53 və 21 nömrəli tam orta ümumtəhsil məktəblərinin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub.

Prezident əvvəlcə 53 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib. Bildirilib ki, məktəbin birinci korpusu 1961-ci ildə inşa olunub. 2008-ci ildə 360 şagird yerlik ikinci korpus inşa edilib. Hazırda məktəbdə 1780 şagird təhsil alır. Yeni dərs ili ərəfəsində məktəbdə əsaslı təmir və yenidənqurma işləri yüksək standartlara uyğun şəkildə həyata keçirilib.

Daha sonra prezident İlham Əliyev 21 nömrəli tam orta məktəbdə yaradılmış şəraitlə tanış olub.

Dövlət başçısına burada görülən işlərlə bağlı məlumat verilib. Azərbaycan prezidenti ötən il sentyabrın 5-də 21 nömrəli məktəbdə olarkən şagird sıxlığının aradan qaldırılması məqsədilə yeni korpusun inşa olunması ilə bağlı yerindəcə göstərişlər verib.

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq 17 sinif otağından ibarət 340 şagird yerlik üçmərtəbəli yeni korpus ən müasir standartlara uyğun şəkildə inşa olunub.

Prezident yaradılan şəraitlə yaxından tanış olub.

AzNews.az