Azərbaycan Gürcüstana bibər tədarükünü bərpa edib

27 Noyabr 2025 14:26 (UTC+04:00)

Bu ilin ilk 9 ayında Azərbaycan xarici ölkələrə 28 min ABŞ dolları dəyərində 33,5 ton bibər göndərilib.

Aznews.az xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3 dəfə, kəmiyyət olaraq – 3 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 16,8 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 84 % çox) 20,8 ton (+75 %), Gürcüstana 7,9 min ABŞ dolları dəyərində 12,5 ton və Səudiyyə Ərəbistanına 3,3 min ABŞ dolları dəyərində 0,2 ton (1 il əvvəl tədarük olmayıb) məhsul satıb.

Azərbaycan sonuncu dəfə Gürcüstana 2013-cü ildə bibər (0,3 min ABŞ dolları dəyərində 3,4 ton) tədarük edib.