Səyyad Əlizadə Günay haqqında danışdı - VİDEO

11 Sentyabr 2013 16:25 (UTC+04:00)
"Günay üzü gülər, xoş xasiyyətli qız idi. Günayın dünyasını dəyişməsi mənə çox pis təsir etdi. Allah onun valideynlərinə səbr versin. Düşünürəm ki, bu ehtiyatsızlıq ucbatından baş verib. Bu faciədən sonra danışmaq çox çətindir. Bir var, tanımadığın bir insan haqqında nəsə fikir deyirsən, bir də var tanıdığın insanın faciəli şəkildə ölməsi. Bu insana ikiqat pis təsir edir".

Bu sözləri ANS TV-nin "Adam içində" verilişində Səyyad Əlizadə Bakı metropoliteninin işçisi Günay Məmmədovanın faciəvi ölümü haqqında fikirlərini bildirərkən deyib.

Qeyd edək ki, ötən ayın 30-da gecə aeroport yolunda Bakı metropolitenində"Gənclik" metrosunda qatarları qəbul edib yola salan növbətçi xanım Günay Məmmədova faciəvi şəkildə həlak olub. Onu Heydər Əliyev prospektində maşın vurub. Hadisə şahidləri bir neçə maşının Günay Məmmədovanın üstündən keçdiyini bildirib.

Qeyd edək ki, 1991-ci ildə doğulan Günay Məmmədova Səyyad Əlizadənin "Bizim Metropoliten" klipində də çəkilib.(anspress)



AzNews.az