Fransa 2026-cı ilin yayında başlayacaq könüllü hərbi xidmət sistemini tətbiq edəcək.
Fransa prezidenti Emmanuel Makron bu barədə məlumat verib.
"Ümumdünya hərbi xidmət dövrünə qayıda bilmərik, amma səfərbərliyə ehtiyacımız var. Özünümüdafiə üçün hər hansı konkret düşmənə qarşı deyil, hazırlıqlı olmaq və hörmətə malik olmaq üçün milli səfərbərlik lazımdır. Gələn ilin yayından başlayaraq yeni milli xidmət tədricən yaradılacaq".
Makron bu barədə ölkənin cənub-şərqindəki Vars-Allier-et-Rissé hərbi bazasında çıxışı zamanı bildirib . O bəyan edib ki, hərbi xidmət üç məqsəd güdəcək: Fransa əhalisi ilə silahlı qüvvələr arasında əlaqəni gücləndirmək, ölkənin dayanıqlığını gücləndirmək və gənclərin təliminə daha çox vaxt ayırmaq.
Mövsüm,
AzNews.az