Estoniya Rusiya ilə sərhəddə yeni radar kompleksini istifadəyə verib.
Bu barədə ERR teleradio şirkəti məlumat yayıb .
“ İda-Virumaa qraflığında 30 milyon avro dəyərində yeni hava müşahidə radar kompleksi istifadəyə verilib”, - məlumatda deyilir.
Estoniya Hərbi Hava Qüvvələrinin komandanı Riivo Valqenin sözlərinə görə, stansiya 550 km-ə qədər məsafədə olan obyektləri aşkar etməyə qadirdir. O vurğulayıb ki, kompleksin yeri Peipus gölünün sularına nəzarəti təmin etmək üçün xüsusi olaraq seçilib.
Mövsüm,
AzNews.az