Honq-Konqun Tai Po yaşayış massivində baş verən yanğın nəticəsində ölənlərin sayı 55-ə çatıb .
Çin Mərkəzi Televiziyası ( CCTV ) bu barədə məlumat yayıb.
“Honq-Konqun Yeni Ərazilərinin Tai Po şəhərində baş verən yanğın 55 nəfərin həyatına son qoyub ” .
Həmçinin bildirək ki, noyabrın 26-da Honq-Konqda yaşayış kompleksində yanğın baş verib. Associated Press agentliyinin məlumatına görə, təxminən 700 nəfər təxliyə edilərək müvəqqəti yaşayış yerlərinə yerləşdirilib.
Mövsüm,
AzNews.az