Namibiyadakı Ompundja seçki dairəsinin müşaviri Adolf Hitler Uunona regional seçkilərdə beşinci müddətə yenidən seçilib .
“Euronews” bu barədə məlumat yayıb.
"59 yaşlı Adolf Hitler Uunona 2004-cü ildən Cənub-Qərbi Afrika Xalq Təşkilatının üzvü kimi Ompundja rayonunu təmsil edir. Namibiya Seçki Komissiyası səslərin hesablanmasının rəsmi nəticələrini hələ açıqlamasa da, çoxsaylı məlumatlarda Uunonanın böyük üstünlüklə qalib gəldiyi bildirilir", - nəşr yazır.
Uuona bu yaxınlarda Hitleri oradan çıxarmaq üçün soyadını dəyişdirmək üçün müraciət edib.
Mövsüm,
AzNews.az