Honq-Konqda baş verən yanğında ölənlərin sayı 83-ə çatıb

27 Noyabr 2025 20:54 (UTC+04:00)

Honq-Konqun Tay Po rayonundakı yaşayış kompleksində baş verən yanğın zamanı həlak olanların sayı 83-ə çatıb, onların arasında bir yanğınsöndürən də var.

Aznews.az xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri yazıb.

Qeyd olunub ki, xilasetmə əməliyyatları zamanı yanğınsöndürənlər binanın mərtəbələrindən birinin pilləkənlərində sağ qalan şəxsi xilas ediblər.