Bakıda avtomobilin yükünün yola dağılması tıxac yaradıb

27 Noyabr 2025 22:33 (UTC+04:00)

Bakıda avtomobilin yükünün yola dağılması tıxac yaradıb.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Məlumata görə, Yasamal rayonu, "20 Yanvar" dairəsində yük avtomobillərindən birində olan yükün yolun hərəkət hissəsinə dağılması səbəbindən Bakı-Sumqayıt şosesi "20 Yanvar" metro stansiyası və Moskva prospekti istiqamətlərində nəqliyyat sıxlığı yaranıb.

Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.