Sadiq Əliyev: Azad olunan ərazilərdə əhalinin məşğulluq səviyyəsi 92 %-in üzərindədir

28 Noyabr 2025 12:47 (UTC+04:00)

İşğaldan azad olunan ərazilərdə əhalinin məşğulluq səviyyəsi 92 %-in üzərindədir.

Aznews.az xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, azad olunan ərazilərdə "Böyük Qayıdış" proqramı çərçivəsində əhalinin məşğulluğu ilə bağlı köçdən əvvəl məşğulluq imkanları yoxlanılır:

"Hansı peşəyə sahib olduqlarını öyrəndikdən sonra işəgötürənlər tərəfindən azad olunan ərazilərdəki vakansiyalarla bağlı məlumatlar toplayırıq. Daha sonra məşğulluğun təmin olunması üzrə fəaliyyət göstəririk".

AzNews.az