Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 344,1 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulu ixrac edib.
Aznews.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın noyabr sayında bildirilir.
Bildirilir ki, bu, 2024-cü ilin ilk 10 ayı ilə müqayisədə 0,1 % azdır.
Xatırladaq ki, 10 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,6 % artaraq 3 milyard ABŞ dolları təşkil edib.