Türkiyə Rusiya və Ukrayna ilə birbaşa əlaqə saxlayır və bir daha İstanbulda danışıqlara ev sahibliyi etməyə hazırdır.
Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Berlində almaniyalı həmkarı İohan Vadeful ilə birgə mətbuat konfransında bildirib.
Fidan xatırladıb ki, Kiyev və Moskva nümayəndələri arasında danışıqlar bu ilin yayında yenidən İstanbulda aparılıb . Xarici işlər naziri qeyd edib ki, danışıqların üç raundu bir çox məsələlər üzrə məhsuldar nəticələr verib.
"Biz bu yolu davam etdirməliyik. Türkiyə isə yenidən İstanbulda danışıqlara ev sahibliyi etməyə hazırdır. Biz tərəflər arasında birbaşa əlaqə saxlayırıq", - deyə Fidan nazirliyin X (keçmiş Twitter) səhifəsində bildirib.
Mövsüm,
AzNews.az