Yaşlı qadın qarət edildi - VİDEO

11 Sentyabr 2013 19:49 (UTC+04:00)


Şəkinin Orta Zəyzid kəndində oğurluq hadisəsi baş verib. Kənd sakini Bənövşə Rəsulovanın evindən pul və qızıl zinət əşyaları aparılıb. Hadisə baş verən vaxt ev sahibi bacısının evində gecələyib. Bənövşə Rəsulovanın dediyinə görə, səhər tezdən evinə gələndə qapının qıfılını sındırılmış vəziyyətdə görüb. Bundan sonra evə girib və gördüyü mənzərədən şoka düşüb. Ev təmamilə talan edilmiş vəziyyət olub. Saxladığı pulun və qızıl zinət əşyalarının aparıldığını başa düşən ev sahibi dərhal bacısı və qonşularını çağırıb. Eləcə də, hüquq-mühafizə orqanlarına məsələ barədə məlumat verib. Ev sahibinin dediyinə görə, indiyədək oxşar hadisə ilə üzləşməyib. Hadisə ilə əlaqədar Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.



AzNews.az