Ukrayna prezidenti Vlolodimir Zelenski prezident aparatının rəhbəri Andrey Yermakın istefa verdiyini açıqlayıb.
"Ofis rəhbəri Andriy Yermak istefa ərizəsini təqdim edib. Mən danışıqlar yolunda Ukraynanın mövqeyini həmişə olduğu kimi təqdim etdiyi üçün Andreyə minnətdaram", - Zelenski Telegram kanalında yayımladığı videomüraciətdə bildirib.
Ukrayna lideri Prezident Aparatının yeni rəhbərinin namizədliyi ilə bağlı məsləhətləşmələr aparmağı planlaşdırdığını açıqlayıb və Amerika tərəfi ilə gözlənilən danışıqları açıqlayıb. Ukrayna nümayəndə heyətinə Baş Qərargah rəisi, Xarici İşlər Nazirliyinin nümayəndələri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi, Kəşfiyyat Xidmətinin katibi daxil olacaq.
Mövsüm,
AzNews.az