Bağdadda partlayış: 15 ölü

11 Sentyabr 2013 21:34 (UTC+04:00)
Azından 15 nəfər sentyabrın 12-də Bağdadda baş vermiş partlayışın qurbanı olub.

Lent.az-ın "RİA Novosti"-yə istinadən məlumatına görə, polis bildirib ki, qanlı olay paytaxtın şimalında məsciddə avtomobilə quraşdırılmış partlayış nəticəsində baş verib.


BMT-nin məlumatına əsasən, 2013-cü ildə İraqdakı terror aksiyaları nəticəsində 5 minə yaxın insan həlak olub.