Şimali Kipr üçün Türk Dövlətləri Təşkilatına (TDT) üzvlük vazkeçilməz hədəf olsa da, bu yolda tələsmək lazım deyil.
Aznews.az xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu deyib.
O qeyd edib ki, Şimali Kipr Türk Respublikasının tanınma siyasəti hazırda aktiv şəkildə həyata keçirilməsə, Şimali Kiprin TDT-də müşahidəçi üzvlükdən çıxıb tam üzvlüyə keçməsi mümkün deyil:
"Çünki ölkəmizin təşkilatda tamhüquqlu üzvlüyə keçməsi üçün əvvəlcə üzvlər tərəfindən tanınması lazımdır, bundan sonra Şimali Kiprin üzvlüyündən danışmaq olar. Əlbəttə ki, üzvlük bizim üçün vazkeçilməz bir hədəfdir. Ancaq hesab edirəm ki, bu yolda tələsməməliyik. Nə qədər tələssək, işi o qədər çətinləşdirərik".
Nazir hesab edir ki, ancaq ağıl və səbirlə bu istəyə nail olmaq mümkündür:
"Ruh düşkünlüyünə, bəzilərinin təhriklərinə qapılmağa ehtiyac yoxdur. Dediyim kimi, ən önəmli şey qərarlı, səbirli, ağıllı olmaq və hara getmək istədiyimizi bilməkdir".
Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.