Bu günə olan hva proqnozu

12 Sentyabr 2013 07:35 (UTC+04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir. Havanın temperaturu gecə 15-19, gündüz 21-26 dərəcə isti təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 14-19, gündüz 22-27, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

AzNews.az