Xalq şairi Nəriman Həsənzadə reanimasiyadadır

2 Dekabr 2025 10:49 (UTC+04:00)

Xalq şairi Nəriman Həsənzadə müalicə olunduğu Mərkəzi Klinikada reanimasiya şöbəsində dializə qoşulub.

Bu barədə şairin köməkçisi Arif Mehmandost məlumat verib.

“Reanimasiya şöbəsində dializ olunur. Huşu yerindədir”, – deyə köməkçisi bildirib.

Qeyd edək ki, Nəriman Həsənzadə böyrəklərində yaranan problemlərlə əlaqədar bir müddət əvvəl xəstəxanaya yerləşdirilib.

Aznews.az