Putin ABŞ- Suriya münasibətlərindən danışdı

12 Sentyabr 2013 07:44 (UTC+04:00)
ABŞ-ın Suriyaya planlaşdırılan zərbəsi münaqişəni Suriya ərazisindən kənara çıxara bilər. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu sözlər Rusiya prezidenti Vladimir Putinin "New York Times" qəzetində çap olunan məqaləsində yer alıb. Putinin fikrincə, Birləşmiş Ştatların Suriyaya hərbi müdaxiləsi yeni terror dalğasına səbəb ola bilər.

"ABŞ-ın Suriyaya zərbəsi günahsız qurbanların sayının artmasına və vəziyyətin daha da mürrəkəbləşməsinə gətirib çıxaracaq. Bu, hətta münaqişənin Suriya sərhədlərindən kənara yayılmasına səbəb ola bilər", - deyə məqalədə vurğulanıb.

AzNews.az