Avropa İttifaqı (Aİ) ölkədə keçiriləcək parlament seçkiləri ərəfəsində Ermənistanın müqavimətini artırmaq üçün 15 milyon avro ayıracaq.
Avropa İttifaqının Ali Nümayəndəsi Kaja Kallas bu barədə məlumat yayıb.
"Bu gün mən Ermənistanda sülh və sabitlik üçün istifadə olunacaq 15 milyon dolların ayrıldığını elan edirəm",- Kallas qeyd edib.
Avropa İttifaqının nümayəndəsi Brüsselin Ermənistanda islahatlara, o cümlədən ölkə iqtisadiyyatının şaxələndirilməsinə yönəlmiş təşəbbüslərə dəstəyini vurğulayıb. O əlavə edib ki, Aİ Ermənistanla təhlükəsizlik və viza rejiminin sadələşdirilməsi məsələlərində əməkdaşlığı davam etdirəcək.
Mövsüm,
AzNews.az