Boliviyanın xarici işlər naziri Fernando Aramayo inzibati paytaxt La Pazda hökumət sarayında keçirilən mətbuat konfransında mövcud vəziyyəti dəyərləndirib.
Aramayo, turizmi inkişaf etdirmək üçün ABŞ və İsrail, həmçinin Cənubi Koreya, Cənubi Afrika, Latviya, Estoniya və Rumıniyadan gələn ziyarətçilərə viza tələbinin qaldırıldığını ifadə edərək, 2026-2029-cu illər arasında turizmdən ən az 320 milyon dollar gəlir əldə etməyi gözlədiklərini əlavə etdi.
Aramayo, 2008-ci ildən bəri müxtəlif ölkələrdən gələn turistlərə tətbiq edilən viza tələbinin "iqtisadi" və "ideoloji" səbəblərdən qaynaqlandığını ifadə edərək , ad çəkmədən əvvəlki hökuməti tənqid edib.
Prezident Rodriqo Paz da çıxışında Boliviyanın viza tələbi səbəbindən 80 milyon dollardan çox gəlir itirdiyini və bunun xeyirdən çox zərər verdiyini müdafiə edib.
Mövsüm,
AzNews.az