Çinin Honq-Konq Xüsusi İnzibati Bölgəsinin Tai Po rayonunda 8 yaşayış binasının yerləşdiyi kompleksdə baş verən yanğında həlak olanların sayı 156 nəfərə çatıb.
Bu barədə Honq-Konq polisindən məlumat verilib.
Məlumata görə, yanan binalarda aparılan axtarışlar zamanı bu gün daha 5 nəfərin meyiti aşkar edilib.
Yanğın nəticəsində həyatını itirən 156 nəfərdən 127-nin şəxsiyyəti artıq müəyyən edilib.
Əvvəlki məlumatlarda bildirilmişdi ki, hadisə nəticəsində 11-i yanğınsöndürən olmaqla 79 nəfər xəsarət alıb.
Mövsüm,
AzNews.az