"44 günlük Vətən müharibəsindən sonra Azərbaycan xəritələri yenilənib".
Aznews.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyinin İdarə heyətinin sədri Nazim İsmayılov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, sistemlərdə 3D formatlı topoqrafik xəritələr rəqəmsal şəkildə hazırlanaraq Azərbaycanın əsas güc strukturlarına təqdim olunur.
Nazir İsmayılov eyni zamanda bildirib ki, xəritələrin təkmilləşdirilməsi dayandırılmayıb, mütəmadi olaraq davam etdirilir.