Şimali Kipr nümayəndəsi: TDT ölkələri arasında xəritəçilik və geodiziya sahəsində əməkdaşlıq genişləndirilməlidir

3 Dekabr 2025 14:49 (UTC+04:00)

TDT ölkələri arasında xəritəçilik və geodiziya sahəsində əməkdaşlıq genişləndirilməlidir.

Aznews.az xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının daxili işlər nazirinin müşaviri Batu Beyit dekabrın 3-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclasında deyib.

Onun sözlərinə görə, TDT ölkələrinin ortaq xəritəsi dəyərlərin simvoluna çevriləcək:

"TDT ölkələri arasında xəritəçilik və geodiziya sahəsində əməkdaşlıq genişləndirilməlidir. Bu gün nəzərdə tutulan məsələlər TDT-yə üzv ölkələr arasında əməkdaşlığın artırılmasıdır. TDT ölkələrinin ortaq xəritəsi sadəcə bir ölkənin sərhədi deyil, həm də ortaq dəyərlərin simvoluna çevriləcək. Bununla ölkələrimizin dostluq və həmrəyliyi artacaq".