7 yaşlı uşağın ölümü ilə bağlı cinayət işi açıldı

12 Sentyabr 2013 08:29 (UTC+04:00)
Ötən gün Bakıda 7 yaşlı uşağın faciəli şəkildə ölməsi ilə bağlı cinayət işi başlanıb.

Bu barədə APA-ya Yasamal Rayon Prokurorluğundan bildirilib.

Məlumata görə, 2006-cı il təvəllüdlü Ramal Cavid oğlu Ağazadənin liftin şaxtasına düşərək ölməsi faktı üzrə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Qeyd edək ki, hadisə ötən gün Yasamal rayonu Ə. Talıblı küçəsi 3/8 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən yaşayış binasında yaşayan, 7 yaşlı R. Ağazadə binanın 5-ci mərtəbəsində, liftin açıq qapısından şaxtaya düşüb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

AzNews.az