İmişlidə əmək yarmarkası keçirilib

3 Dekabr 2025 16:58 (UTC+04:00)

İmişli rayonunda növbəti əmək yarmarkası keçirilib.

Aznews.az xəbər verir ki, yarmarka Mil-Muğan Regional Məşğulluq filialının təşkilatçılığı ilə baş tutub.

Yarmarkada 15 işəgötürən tərəfindən işsiz və işaxtaran şəxslərə 100-ə yaxın vakansiya təqdim olunub.

Vakansiyalar üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən tərcümeyi-halları qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.