Aİ 2027-ci ilə qədər Rusiya qazının idxalını mərhələli şəkildə dayandıracağını açıqlayıb.
Avropa Şurası Avropa Parlamenti ilə Rusiyadan qaz idxalını mərhələli şəkildə dayandırmaq barədə razılığa gəlib.
Plana görə, Rusiya LNG-si 2026-cı ilin sonuna, boru kəməri qazı isə 2027-ci ilin payızına qədər tamamilə qadağan ediləcək.
Rusiyanın Aİ qazında payı oktyabr ayına kimi 12 faizə düşüb. Macarıstan, Fransa və Belçika hələ də Rusiya qazını alan ölkələr sırasındadır.
Mövsüm,
AzNews.az