Azərbaycan nefti bahalaşıb

4 Dekabr 2025 09:46 (UTC+04:00)

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.

Aznews.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,32 ABŞ dolları və ya 0,48% artaraq 66,54 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 66,22 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.