Ktriç Nersisyanın (bütün ermənilərin katolikosu II Qaregin) fəaliyyəti Erməni Apostol Kilsəsinə zərər verir.
Aznews.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bildirib.
"Mən onunla dəfələrlə ünsiyyətdə olmuşam və bu görüşlərdən gəldiyim təəssüratlar onun Eçmiədzində mövcudluğunun Erməni Apostol Kilsəsinə ziyan vurması qənaətinə gəlməyimə səbəb olub. Proses başlayıb və o, oradan getməlidir", - baş nazir qeyd edib.
Onun sözlərinə görə, kilsə ətrafındakı səs-küy sağlamlaşdırıcı xarakter daşıyır.