Azərbaycan və Çexiya arasında Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının gələn il keçirilməsi gözlənilir.
Aznews.az xəbər verir ki, bunu Çex Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Milan Sedlaçek deyib.
O qeyd edib ki, Çex Respublikasında seçkilər keçirilib və bütün sonrakı addımları müəyyənləşdirəcək yeni hökumət hələ formalaşdırılmayıb:
"Ancaq biz hər iki tədbirin - Azərbaycan və Çexiya arasında Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının və Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin 2026-cı ildə baş tutacağını gözləyirik".
Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.
Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.