Netanyahu "Mossad"ın növbəti direktorunu seçib

4 Dekabr 2025 14:18 (UTC+04:00)

İsrailin xarici kəşfiyyat xidməti olan “Mossad”ın növbəti direktorunun adı açıqlanıb.

Aznews.az xəbər verir ki, Baş nazirin hərbi məsələlər üzrə müavini, general-mayor Roman Qofman “Mossad”ın növbəti direktoru seçilib.

“Bir sıra namizədlərlə söhbət apardıqdan sonra, Baş nazir Benyamin Netanyahu özünün hərbi məsələlər üzrə köməkçisi general-mayor Roman Qofmanı “Mossad”ın rəhbəri vəzifəsinə seçib”, - Netanyahunun ofisi bildirib.

Qeyd edək ki, kəşfiyyat orqanının hazırki rəhbəri David Barneanın vəzifə müddəti gələn ilin iyun ayında bitəcək.

AzNews.az