İndoneziyada 4 zolaqlı yol çöküb

4 Dekabr 2025 15:40 (UTC+04:00)

İndoneziya leysan yağışların yaratdığı daşqın və torpaq sürüşmələrinin yaralarını sağaltmağa çalışarkən, ən çox zərər çəkmiş bölgə olan Sumatrada çoxlu piyada və avtomobillərin olduğu 4 zolaqlı yolda çökmə baş verib.

Həmin təhlükəli anlar həvəskar kameralara düşərkən, yolda olan piyadalar və nəqliyyat vasitələri əmələ gələn nəhəng çuxura düşməkdən çətinliklə xilas olublar.

Həmçinin bildirək ki, İndoneziyanın Milli Fəlakət İdarəetmə Agentliyi (BNPB) Sumatrada daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayının 770-ə yüksəldiyini, 463 nəfərin isə itkin düşdüyünü açıqlayıb.

Mövsüm,

AzNews.az