Zaxarova: Qarabağın müstəqilliyi və Ermənistana birləşdirilməsi barədə danışıq aparılmayıb

4 Dekabr 2025 16:49 (UTC+04:00)

Qarabağla bağlı danışıqlarda hər zaman iki komponent - beynəlxalq hüquq və prinsiplərə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünə hörmət və Qarabağın köklü əhalisinin maraqları və hüquqlarının təmin olunması arasında balans axtarılıb.

Aznews.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, Qarabağın müstəqilliyi və onun Ermənistana birləşdirilməsi barədə danışıqlar aparılmayıb.