Böyük Britaniya hakimiyyət orqanları Rusiyaya qarşı sanksiya siyahısını genişləndirərək ora daha 12 yeni maddə əlavə edib.
Bu barədə Birləşmiş Krallığın rəsmi saytında məlumat yayıb.
Yeni siyahıya 11 fiziki şəxs və 1 təşkilat daxil edilib. Bu dəfə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş İdarəsi də sanksiyalara məruz qalıb. Eyni zamanda həmin idarənin 3 əməkdaşı və daha 8 Rusiya vətəndaşı da siyahıya salınıb.
Böyük Britaniya hakimiyyəti iddia edir ki, sanksiya siyahısına Baş Kəşfiyyat İdarəsinin (GRU) “üç zabiti” daxil edilib. Londonun mövqeyinə görə, bu şəxslər “Ukraynada və ümumilikdə Avropada düşmən fəaliyyəti təşkil etməkdə” məsuliyyət daşıyırlar.
Mövsüm,
AzNews.az