"Keyxanım": "Toyum mediaya qapalı olacaq"

12 Sentyabr 2013 09:05 (UTC+04:00)
"Toyum mediaya qapalı olacaq. Bu, gələcək həyat yoldaşımın yox, mənim seçimimdir".


Bunu Lent. az-a "Keyxanım" obrazı ilə tanınan Ülviyyə Əliyeva deyib: "Şəxsi həyatımdan danışmağı heç vaxt sevməmişəm. Sadəcə tanınmış sima olduğuma görə mənim həyatımı müzakirə edirlər. Artıq toyumun vaxtı da məlumdur. Amma bunu mediaya söyləmək niyyətim yoxdur. Toyumun nə zaman olacağını dostlarım bilsə, bəsdir. Çünki toyumla gündəmdə olmaq istəmirəm".

Qeyd edək ki, "Keyxanım" çalışdığı "Xınayaxdı mərasimlərinin təşkili " firmasının müdiri ilə ailə quracaq.

AzNews.az