Putin: "Ya bu bölgələri güclə azad edəcəyik, ya da Ukrayna bu bölgələri tərk edəcək"

4 Dekabr 2025 19:42 (UTC+04:00)

NATO ittifaqı və rus azlığı ilə bağlı yaşadığı problemlər nəticəsində Ukrayna ilə müharibə başlayandan bəri rusların çoxluq təşkil etdiyi ərazilərin geri alınması Rusiyanın əsas prioritetlərindən birinə çevrilib.

Rusiya prezidenti Vladimir Putin Hindistana səfərindən əvvəl “India Today” telekanalına müsahibəsində sülh səylərini və müharibənin gələcəyini dəyərləndirib.

“Biz ya Donbas və Novorossiyanı güc yolu ilə azad edəcəyik, ya da Ukrayna qoşunları bu bölgələri tərk edib orada döyüşləri dayandıracaq”, - deyə Vladimir Putin bildirib.

Putin ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steve Vitkoff və ABŞ prezidenti Donald Trampın baş müşaviri və kürəkəni Jared Kushner ilə Moskvada görüşün “çox faydalı” olduğunu bildirib.

Təklif edilən həll yollarının avqustun 15-də Alyaskada keçirilən Rusiya-ABŞ sammitində əldə olunan razılaşmalara əsaslandığını bildirən Putin, Vaşinqtonun 28 maddədən ibarət sülh planının 4 ayrı paketə bölünərək müzakirə edilməsini təklif etdiyini bildirib.

“Biz sülh planının hər bəndini bir-bir müzakirə etməli olduq, ona görə də görüş 5 saat davam etdi”, - Putin bildirib.

Mövsüm,

AzNews.az