Prezidentliyə namizəd AŞPA-nın nümayəndələrilə görüşüb

12 Sentyabr 2013 09:07 (UTC+04:00)
Bu gün Avropa Şurası Parlament Assambleyasının 9 oktyabr 2013-cü il tarixdə Azərbaycanda keçiriləcək prezident seçkilərini izləməyə gələn missiyanın nümayəndə heyəti prezidentliyə namizədə İqbal Ağazadə ilə görüşüb.

Partiyadan AzNews.az-a verilən məlumata görə, görüşdə seçkiöncəsi vəziyyət, seçki kompaniyası, seçki orqanları və müvafiq dövlət qurumlarının işi, bu günə qədər olan dövrdə baş vermiş qanun pozuntuları, DSK və MnSK-ların tərkibi, Seçki Məcəlləsi müzakirə olunub və seçkilərlə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Robert Uolterin rəhbərlik etdiyi 7 deputatdan ibarət müşahidə missiyası seçkiqabağı situasiyanı və seçki kampaniyasının gedişini Avropa Şurası qarşısında götürülən öhdəliklərə və demokratik seçkilər üzrə digər beynəlxalq standartlara , həmçinin yerli qanunvericiliyə uyğunluğunu qiymətləndirəcək.

Azər
AzNews.az