Xarici işlər naziri Ceyhun Bayramov Vyanada keçirilən ATƏT-in Nazirlər Şurasının 32-ci iclası çərçivəsində Kiprdən olan həmkarı Konstantinos Kombos ilə görüşüb.
Aznews.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat yayılıb.
Görüşdə Kiprin 2026-cı ilin birinci yarısında Avropa İttifaqı Şurasına sədrliyi ilə bağlı planlar, eləcə də daha geniş regional vəziyyət müzakirə olunub.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.