Azərbaycan Kubokunda 1/4 finala yüksələn növbəti komanda bəlli olub.
Aznews.az xəbər verir ki, 1/8 finalda I Liqa təmsilçisi "Difai"yə 3:1 hesabı ilə qalib gələn "Sumqayıt" növbəti raunda adlayıb.
Bölgə təmsilçisi yarımfinala gedən yolda "Zirə" ilə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl bu mərhələdə "Turan Tovuz" "Şahdağ Qusar"ı (2:1), "Zirə" "Neftçi"ni (1:0), "Şamaxı" "Baku Sportinq"i (1:0), "Sabah""İmişli"ni (2:1), "Qarabağ" "Karvan-Yevlax"ı (3:0), "Qəbələ" isə "Şəfa"nı (2:1) məğlub edib.