Məhkəmədə vəkilə xəsarət yetirildi: Anar Bağırovdan açıqlama

5 Dekabr 2025 00:12 (UTC+04:00)

“Vəkilə qarşı qanunsuz hərəkətlərə yol vermiş şəxslərin qanun çərçivəsində məsuliyyətə cəlb olunması qaçılmazdır”.

Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkil Elçin Əhmədovun məhkəmədə hücuma məruz qalmasına münasibət bildirərkən deyib.

O, məsələni nəzarətdə saxlayacağını bildirib.

“Hörmətli vəkilimiz Elçin Əhmədovla danışdım, hadisənin təfərrüatları barədə ətraflı məlumat aldım. Hazırda məsələ Daxili İşlər Nazirliyi tərəfindən araşdırılır”, - deyə sədr qeyd edib.

Qeyd edək ki, Vəkillər Kollegiyasının üzvü E.Əhmədov Xətai Rayon Məhkəməsində peşə fəaliyyətini yerinə yetirərkən vəkil kimi çıxdığı cinayət işində qarşı tərəfi təmsil edən şəxs ona hücum edib. Hadisə nəticəsində E.Əhmədov xəsarət alıb.

Xatırladaq ki, Vəkillər Kollegiyasının üzvü Elçin Əhmədov hücuma məruz qalıb.

O, Xətai Rayon Məhkəməsində peşə fəaliyyətini yerinə yetirərkən vəkil kimi çıxdığı cinayət işində qarşı tərəfi təmsil edən şəxs ona hücum edib.

Hadisə nəticəsində E.Əhmədov xəsarət alıb.

Faktla bağlı Daxili İşlər Nazirliyində araşdırma aparılır.

AzNews.az