Cəbrayılın Horovlu kəndinə növbəti köç karvanı yola salınıb

5 Dekabr 2025 13:02 (UTC+04:00)

Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb.

Aznews.az xəbər verir ki, bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə 18 ailə (66 nəfər) köçürülür.

Qeyd edək ki, kəndə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.