Rusiya Hindistana Su-57 qırıcılarının yerli istehsalını təklif edib

5 Dekabr 2025 16:50 (UTC+04:00)

Rusiya tərəfi Hindistana Su-57 qırıcılarının lokal istehsalının təşkili ilə bağlı təklif irəli sürüb.

Nu barədə “Rostex”in rəhbəri Sergey Çemezov məlumat verib.

Çemezov Birinci Kanalın efirində bildirib:

“Biz Su-57 üzrə öz təkliflərimizi göndərmişik. O cümlədən burada (Hindistanda — red.) istehsal olunması, lokallaşdırma ilə bağlı ”.

Onun sözlərinə görə, Hindistan hələlik konkret cavab verməyib və təklif üzərində “düşünəcəyini” bildirib.

Mövsüm,

AzNews.az