PKK yaraqlıları Türkiyəni tərk etdi

12 Sentyabr 2013 09:40 (UTC+04:00)
Yaraqlıların Türkiyə ərazisindən çıxıarılması prosesinin başlamasından sonra terrorçu Kürdüstan Fəhlə Partiyasının (PKK) minə yaxın yaraqlısı ölkəni tərk edib. Bu barədə Türkiyənin DİN tərəfindən hazırlanan hesabatda bildirilir.

Hesabatda göstərilir ki, ölkəni hər birində 14-16 nəfər olmaqla 65 yaraqlı qrupu tərk edib. İl ərzində PKK-ya təxminən 1200 nəfər qoşulub ki, onlar hələ də Türkiyə ərazisindədirlər.(trend)

AzNews.az