Ermənistanda hökuməti tənqid edən baş yepiskop saxlanıldı

5 Dekabr 2025 16:57 (UTC+04:00)

Ermənistanın Milli Təhlükəsizlik Xidməti (SNB) hökuməti açıq şəkildə tənqid edən Baş yepiskop Arşak Xaçatryanı saxlayıb.

Erməni Apostol Kilsəsinin baş yepiskopu Arşak Xaçatryan saxlanılmasından bir gün əvvəl keçirdiyi mətbuat konfransında vəzifəsindən ayrılmaq fikrində olmadığını bildirmiş və ona qarşı təzyiqləri hakimiyyətin siyasətinə müxalif mövqeyi ilə izah etmişdi.

Xaçatryan açıqlamasında mövcud hakimiyyətin “öz maraqlarına xidmət edən, idarə oluna bilən din xadimləri” istədiyini deyərək, dini nümayəndələrin hökumət siyasətinə qarşı çıxmasının arzu olunmadığını vurğulamışdı.

Baş yepiskop, həmçinin SNB əməkdaşları ilə bir neçə dəfə görüşdüyünü, lakin rəsmi şəkildə çağırılmadığını, yalnız “söhbətə dəvət edildiyini” qeyd etmişdi.

Mövsüm,

AzNews.az