Netflix Warner Bros-u 82,7 milyard dollara satın alacaq

5 Dekabr 2025 18:28 (UTC+04:00)

Dünyanın ən məşhur yayım platformalarından biri olan Netflix böyük bir satınalma cəhdi edib.

Anonimlik şərti ilə The Wall Street Journal-a danışan mənbələr Warner Bros. Discovery-nin öz studiyasını və yayım platformasını Netflix-ə satmaq üçün danışıqlara başladığını iddia ediblər.

Netflix, ABŞ-da yerləşən media nəhəngi Warner Bros.-u ümumi şirkət dəyəri 82,7 milyard dollara almaq üçün razılığa gəldiyini açıqlayıb.

Əməliyyatın kapital dəyəri 72 milyard dollar olaraq hesablanır.

Şirkətdən verilən açıqlamaya görə, Warner Bros. studiyaları, HBO və HBO Max-ın Netflix-ə satılması ilə bağlı razılaşma həm Netflix, həm də Warner Bros. Discovery (WBD) idarə heyəti tərəfindən yekdilliklə təsdiqlənib.

Məlumata görə, alış WBD-nin Discovery Global bölməsinin yeni bir şirkətə ayrılmasından sonra baş verəcək və bu ayrılmanın üçüncü rübdə başa çatacağı gözlənilir.

Mövsüm,

AzNews.az