“Yeni yaradılacaq partiya sağ təmayüllü olacaq“ - Açıqlama

12 Sentyabr 2013 09:45 (UTC+04:00)
"Yeni yaradılacaq partiya sağ təmayüllü olacaq. REAL-ın bu günkü ideoloji dəyərləri və siyasi baxışları yeni yaradılacaq partiyada da əks olunacaq".

Bunu açıqlamasında REAL hərəkatının məclis sədri Erkin Qədirli təşkilatın bazasında yeni siyasi partiya yaradılması ilə bağlı perspektivi şərh edərkən deyib.

O bildirib ki, sadəcə olaraq hərəkat partiyaya çevriləcək və dəyişiklik ancaq strukturda olacaq. E. Qədirli yeni yaradılacaq qurumun

siyasi istiqamətləri haqqında danışarkən qeyd edib ki, bu parlament tipli partiya olacaq. "REAL kollegial bir qurum olacaq. Bizdə baş katib, sədr və s. kimi vəzifələr olmayacaq"-deyə təşkilat rəsmisi vurğulayıb.

Qeyd edək ki, iki gündür ölkə siyasi gündəminin əsas mövzusu REAL hərəkatının partiyaya çevriləcəyi ilə bağlı informasiyalardan ibarətdir.(modern.az)

AzNews.az